İyunun 11-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən xəbərə görə, arabir güclü şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-24, Bakıda gecə 16-18, gündüz  22-24 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11,  gündüz 11-16 dərəcə isti olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 12-si gündüzədək Abşeron yarımadasında meteoroloji amillərin xeyli tərəddüdü və güclü xəzri küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.