Bakı şəhər Yasamal rayonunda avtobuslar kütləvi şəkildə cərimə meydançasına aparılır.

Unikal.org xəbər verir ki, bu barədə "Qafqazinfo"ya 67 və 193 saylı marşrut xətləri üzrə avtobusların sürücüləri məlumat verib. Onlar bildiriblər ki, hər hansı ciddi səbəb olmadan Yasamal DYP-nin əməkdaşları sərnişinləri avtobusdan boşaldaraq nəqliyyat vasitəsini cərimə meydançasına aparır.

Sürücülər Məmməd Əliyevin Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinə rəis təyin edilməsindən sonra bu halların baş verdiyini qeyd ediblər.