Ermənistan tərəfinə keçən Azərbaycan vətəndaşı geri qaytarılıb.
Unikal.org news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə işçi qrupunun rəhbəri Aremn Kaprielyan məlumat verib. Azərbaycan vətəndaşı Qətibə Ələkbərova bu gün Ermənistan-Azərbaycan sərhədində ölkəsinə təhvil verilib. Təhvil verilmə Qırmızı Xaç Beynəlxalq Cəmiyyətinin vasitəçiliyi ilə aparılıb.
Qeyd edək ki, 4 gün əvvəl yoxa çıxan 1977-ci il təvəllüdlü Q.Ələbərova ruhi xəstədir.