Latviya səhiyyə naziri Quntis Beleviçs istefa verib.

Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, nazir artıq istefa ərizəsini ölkənin baş nazirinə təqdim edib. Belə bir qərarın qəbul edilməsinə səbəb səhiyyə nazirinin vəzifəsindən istifadə edərək xəstəxanada növbəsiz tibbi xidmət əldə etməsi ilə bağlı qalmaqal olub.

Baş nazir jurnalistlərə bildirib ki, Beleviçsin istefasını qəbul edib: "Mənim tərəfimdən əsas o olub ki, o yalan danışıb, lakin dünən gecə mənə etiraf etdi. Əgər sən bunu etmisənsə, istənilən halda kişilik göstərib hərəkətlərini etiraf etməli idin".