Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün təşkili istiqamətində iş gedir.
 
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
 
"Bu istiqamətdə iş gedir. Belə görüşlərin keçiriləcəyini istisna etmirik", - deyə o vurğulayıb.
 
Peskov bildirib ki, prezidentlərin Sankt-Peterburq görüşü rəsmi təsdiqini tapan kimi əlavə məlumat veriləcək.(APA)