AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinə müdir əvəzi təyin edilib.

Dilçilik İnstitutundan bildirilib ki, şöbədə müdir vəzifəsini filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva icra edəcək.

S.Əliyeva indiyədək şöbənin aparıcı elmi işçisi vəzifəsində çalışıb. O, 15 il institutun Gənc Alimlər Şurasının sədri olub.

Yaxın vaxtlarda şöbəyə müdir təyinatı ilə bağlı müsabiqə keçiriləcək.

Xatırladaq ki, Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli idi. O, iyunun 6-da öz ərizəsi ilə institutdan ayrılıb. (Report.az)