Bakıda avtotəmir sexində işləyən şəxsin üzərinə avtomobil düşüb.
Hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" y/s, ev 26 ünvanın qarşısında yerləşən avtotəmir sexində qeydə alınıb. Orada usta işləyən Seymur Qurbanovun baş nahiyəsinə avtomobil düşüb. S.Qurbanov kəllə-beyin travmasi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. (Report)