Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Unikal.org-a verilən məlumata görə, məhdudlaşma sabah gün ərzində aradan qaldırılacaq.
Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparılan işlərə anlayışla yanaşmalarını xahiş edilir.