"Rəvan"da vəziyyət kritik həddə çatıb.
 
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, klubun futbolçularına olan borcları ödəyə bilməməsi, lisenziya ala bilməməsi bir yana, hətta saytını işlətmək üçün də pulu yoxdur.

Artıq bir müddətdir ki, saytın illik fəaliyyəti üçün gərəkən 20 manat ödənilmədiyindən klubun elektron ünvanının fəaliyyəti dayandırılıb. İndi "Rəvan"ın saytına daxil olan istifadəçiləri "Rəvan" haqda yeni məlumatlar yox, "Sayt borcdan bağlanıb!" cümləsi qarşılayır.