Paytaxtdan kənarda ilk Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb.
Bu barədə unikal.org-a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Xəbərə görə, Abşeron rayonunun Masazır qəsəbəsində "Abşeron-1" MMMC təsis edilib və mayın 10-da dövlət qeydiyyatından keçib. Bununla da, ölkə üzrə MMMC-lərin sayı 23-ə çatıb.
Nazirlikdən bildirilib ki, ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.
Qeyd edək ki, Bakı şəhəri üzrə yaradılan MMMC-lərin 22-si Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.