Azərbaycan Prezidenti İlham Əliyev "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə İdarə Heyəti sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncamda deyilir:
"Vidadi Aydın oğlu Muradov "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilsin".
Qeyd edək ki, Vidadi Muradov "Azər-İlmə"nin təsisçisi və rəhbəri, "Azərbaycan xalçaları" elmi-publisistik jurnalının baş redaktorudur. Bir neçə ay öncə İlham Əliyev Vidadi Muradovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqda sərəncam imzalamışdı.