Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə bu saat 17:30 radələrində Bakı-Sumqayıt yolu, Xırdalan qəbiristanlığının qarşısında qeydə alınıb. Bakı şəhəri istiqamətində hərəkətdə olan “Mercedes” markalı maşın yolu keçən piyadanı vurub. Piyadanın öldüyü bildirilir.

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.