Yevlax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org  report-a istinadən xəbər verir ki, hadisə Bəhrəmtəpə yolunda qeydə alınıb.

Belə ki, Goranboy rayon sakini, 1984-cü il təvəllüdlü Fərid Bağırovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil, Daşkəsən rayon sakini, 1977-ci il təvəllüdlü Ramiz Hüseynovun idarə etdiyi "NİVA" markalı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ-2106" markalı avtomobildə olan sərnişinlər, 1966-cı il təvəllüdlü Goranboy rayon sakini, Tələf Məmmədov və onun oğlu, 1990-cı il təvəllüdlü Mamed Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.