"The Queen of Eurasia" yarışmasının birincisi Sibel Demiralp həbs edilib.
Unikal.org-un məlumatına görə, ona 12 il 8 ay həbs cəzası verilib. Buna səbəb isə onun bir neçə şəxslə birgə iş adamlarına qarşı dələduzluq etməsidir.
Dostları hakimin qərarına etiraz etsə də, model qarşı çıxmayıb və cəzası ilə razılaşıb.
İddialara görə, Sibel məşhur iş adamlarından birini evinə dəvət edib.
Həmin şəxsin çılpaq fotolarını çəkib, sonra isə şantaj edən Demiralp açıqlamasında peşman olduğunu bildirib.