Bakı - Quba yolunda yol - nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, qəza magistralın Siyəzən rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarında olan gölə girib.
Qəza nəticəsində avtomobildə olan 1 qadın və 2 kişi yüngül bədən xəsarətləri alıblar. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Ülvi Rzazadə