Bakı şəhərinin 162 saylı məktəbində intihar edən 15 yaşlı Elinanın daha bir dəhşətli videosu yayılıb.
Unikal.org-un məlumatına görə, videoda görüntülərin Elinanın özünü atmasından sonra çəkildiyi bildirilir. Məlum olur ki, qız özündə olsa da vaxtında yardım edilməyib. B elə ki, o intihara cəhddən sonra uzun müddət sorğu-suala tutulub. Məhz bu da ölümə səbəb olub.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.