Azərbaycan Kooperasiya Universitetində Universitet rəhbərliyinin və Kitab klubunun (AKU Book) birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, yazıçı Elxan Elatlı ilə tələbələrin görüşü keçirilib.

Unikal.org xəbər verir ki, görüşdə Universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva tanınmış ədibi salamlayaraq dəvəti qəbul edib universitet tələbələri ilə görüşə gəldiyi üçün yazıçıya təşəkkürünü bildirib. A.Quliyeva qeyd edib ki, yazıçı ilə görüş tələbələrin Elxan Elatlı yaradıcılığına olan marağından yaranan bir ideya olub.

Öz növbəsində Elxan Elatlı da tələbələrlə, gənclərlə görüşdən məmnunluq hissi duyduğunu bildirərək onu sevənlərlə yaradıcılığı haqqında səmimi söhbətə başlayıb. Yazıçı əsərləri və qəhrəmanlarının prototipləri haqqında məlumat verib və oxucuların suallarını cavablandırıb.