Sabirabad rayonunda suvarma kanalında batanın şəxsiyyəti məlum olub.
"Unikal" xəbər verir ki, onun Qaragüney kənd sakini, 2005-ci il təvəllüdlü Səfərağa Musayev olduğu bildirilir.
Onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Xəlil Əliyev
***14:53
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Qaragüney kəndində 1 nəfərin suvarma kanalında batması barədə məlumat daxil olub.
"Unikal" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.