"Microsoft"un Rusiya bölməsi rəsmi olaraq iflas proseduruna başlayıb. 

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva Arbitraj Məhkəməsi iyulun 24-də “Microsoft Rus” MMC-nin müvafiq ərizəsini qeydə alıb.

Qeyd olunur ki, mayın sonunda şirkət kreditorlara məhkəməyə müraciət etmək niyyəti barədə bildiriş dərc edib. Maliyyə öhdəliklərinin dəqiq məbləği açıqlanmır, lakin aprel ayında məhkəmə artıq “Qazprombank”ın “Microsoft Rus”dan 943 min dollardan çox geri almaq iddiasını təmin edib.

Ağarza Elçinoğlu