Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi, akademik Asəf Hacıyev cari ilin iyul ayında Fransanın Lille şəhərində keçirilən İdarəetmə Elmi və Mühəndislik İdarəetmə mövzusunda keçirilən XIX beynəlxalq konfransda (International Conference on Management Science and Engineering Management ICMSEM 2025) plenar məruzə ilə çıxış edib.

"Unikal" xəbər verir ki, reqressiya analizinin süni intellekdə istifadəsi və alimin bu sahədə aldığı son elmi nəticələrə həsr olunan plenar məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən konfrans Beynəlxalq İdarəetmə Elmi və Mühəndislik İdarəetmə Cəmiyyəti (ISMSEM) və Fransanın Lille Universitetinin təşkilatçılığı ilə silsiləvi şəkildə keçirilir. Konfrans İdarəetmə elmi sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, eləcə də dünya alimləri tərəfindən bu sahədə aparılan cari tədqiqat işlərinin yekun nəticələrinin müzakirə edilməsi məqsədini daşıyır.

Bununla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi, akademik Asəf Hacıyevin kitabları beynəlxalq nəşriyyatlarda çap olunacaq.

Akademik Asəf Hacıyev və çinli professor Jiuping Xunun həmmüəllifi olduqları High-regression analysis and Artificial Intelligence (“Çox ölçülü reqressiya analizi və sünü intellekt”) adlı ilk kitab cari ilin sonuda Springer nəşriyyatı tərəfindən nəşr olunacaq. Sözügedən kitab Azərbaycanda elmin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunub.

Akademik Asəf Hacıyevin SSRİ Dövlət mükafatı laureatı, İsveçin Umea Universitetinin professoru, mərhum alim Yuri Konstantinoviç Belyaevlə həmmüəllif olduğu Queueing systems with moving servers adlı növbəti kitab isə 2026-cı ilin yanvar ayında ABŞ-da Taylor and Francis nəşriyyatında çap olunacaq.