Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda olub.
Masallı rayon sakini, 1985-ci il təvəllüdlü Əsədullayev Xəqani Vidadi oğlu idarə etdiyi "Daewoo Nexia" markalı avtomobillə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 31 ünvanında yolu keçən piyada qadını vurub.
Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.