Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org-un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboyun Nadirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı 25-AC-299 qeydiyyat nişanlı "Toyota Rav4" markalı minik maşını orta yaşlı bir kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.
Avtoqəza ilə bağlı hazırda istintaq araşdırmaları aparılır.(ona.az)