Prezident  İlham Əliyevin tapşırığına əsasən aprel ayının 10-da  “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov İmişli  şəhərində Cəmiyyətin Avtomatik İdarəetmə Mərkəzi və Nəzarət İdarəsində vətəndaş qəbulu keçirib.

Unikal.org xəbər verir ki, qəbulda İmişli rayonu ilə yanaşı, Beyləqan,Saatlı,Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərinə baxılıb. ASC-nin müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbulda SC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov 46 vətəndaşın müraciətini dinləyib. Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən Vüqar Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün “Azərişıq” ASC-nin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elerktrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. 

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.ASC-nin fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.Qeyd olunub ki, birbaşa vətəndaşların iştirakı ilə məsələlərin həlli təmin ediləcək.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqıarını bildiriblər.