Polkovnik Məhəmməd Həsənov Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin rəisi vəzifəsinə təyin edilib.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, bunu bu gün  Heydər Əliyev adına Hərbi Liseydə keçirilən tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev bildirib.

Heydər Əliyev adına hərbi liseyin bayrağı sıra meydanına gətirilərək liseyin yeni rəisinə təhvil verilib.