
Konqo Demokratik Respublikasında iki gəminin toqquşması nəticəsində ən azı 27 nəfər həlak olub.
Unikal.org xəbər verir ki, bu barədə Mai-Ndombe rayonun qubernatorunun müavini Massamba Malik "Associated Press" agentliyinə bildirib.
Agentliyinin məlumatına görə, gəmi qəzası pis hava şəraiti səbəbindən baş verib.
Hadisə yerində xilasedicilər işləyirlər.