Azərbaycan futbol üzrə milli komandasının  keçmiş üzvü (2007-2011) Saşa Yunisoğlu küçənin ortasında döyülüb. 

Unikal.org xəbər verir ki, 2 nəfər naməlum şəxs Xətai rayonu N.Rəfiyev küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakini Saşa Yunisoğluya hücum çəkib.

Polisə bu barədə zərərçəkən özü şikayət edib.  Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.