
Gədəbəydə bıçaqlanma olub.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, rayonun Maarif kənd sakini 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev qarın nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, Y. Nəbiyev münaqişə zəminində qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.