Gürcüstanda müxalifət qələbə qazandı
12:48 03-10-2012
İQTİSADİYYAT
Gürcüstanda müxalifət qələbə qazandı
3 azərbaycanlı deputat seçildi, M.Saakaşvili komandası ilə müxalifətə keçdi
Srağagün Gürcstanda parlament seçkiləri keçirilib. Seçkilər ümumi nəticələrə təsir etməyən xırda pozuntularla mşaiyət edilsə də, həm gürcüü cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunub.
Ekspertlər Gürcüstan prezidenti Mixail Saakaşvilinin dmokratik seçki vədini yerinə yetirdiyini bilirirlər. Onların sözlərinə görə, Gürcüstan artıq Cənubi Qafqaz və bütün postsovet məkanının dmokratik göstəricilərə görə lidr ölkəsi olduğunu bir daha təsdiqləməyib; həm də Sakaşvili artıq Gürcüstanın azad, ədalətli Avropanın bir hissəsi olduğunu ortaya qoyub.
Qeyd edək ki, seçkilərin ilkin rəsmi nəticələri açıqlnmazdan əvvəl n "exit-poll" nəticələri açıqlanıb. 3 ayrı-ayrı təşkilatın keçirdiyi "exit-poll"un nəticələri hakim "Milli Hərəkat" üçün ürəkaçan deyil. ABŞ-ın "Edisson Research" təşkilatının açıqladığı nəticələrə görə, müxalif "Gürcü arzusu" 51 faiz, Saakaşvilinin "Milli Hərəkatı" 41 faiz, "Xristian demokratlar" 4 faiz, digər partiyalar isə ümumilikdə 3 faiz səs qazanıb.
Almaniyanın GFK təşkilatı isə bildirib ki, "Gürcü arzusu"na 35 faiz, Saakaşvilinin "Milli Hərəkatı"na 30 faiz, "Xristian demokratlar"a 1,36 faiz səs verilib. Respondentlərin 32 faizi ümumiyyətlə seçkilərdə kimə səs verdiyini açıqlamaq istəməyib.
Yuxarıda qeyd edilən təşkilatlardan fərqli olaraq "Gürcü arzusu"na yaxınlığı ilə seçilən "Seçicilər Liqası"nın "exit-poll"u daha kolorit görünür. Bu təşkilata inansaq, müxalifət seçkilərdə 70, 24 faiz, iqtidar isə 24,66 faiz səs qazanıb.
Artıq müxalif "Gürcü arzusu" koalisiyası parlament seçkilərinin baş tutduğunu bəyan edib. Müxalif blokun nümayəndəsi David Saqanelidze bildirib ki, səsvermə zamanı qanun pozuntuları qeydə alınsa da, onlar ümumi prosesə təsir etmək gücündə deyil.
Gürcüstanda parlament seçkilərində "exit-poll"arın ilkin nəticələri elan olunandan sonra prezident Mixail Saakaşvili əhaliyə müraciət edib. Saakaşvili bildirib ki, proporsional dairələrdə müxalif "Gürcü Arzusu", majoritar dairələrdə isə hakim "Vahid milli hərəkat" koalisiyası qalib gəlib.
O deyib ki, yaxın vaxtlarda kimin qalib gəldiyi məlum olacaq: "Hazırda yalnız o dəqiqdir ki, biz şəffaf səs vermə keçirə bildik, seçkilər baş tutub".
Saakaşvili deyib ki, müxalifət Tbilisidə, hakim koalisiya isə regionlarda üstün olub. O bəyan edib ki, yeni parlamentə keçid tam qanunauyğun baş tutacaq: "Biz hamımız ölkədə demokratiya prosesinə qoşulmalıyıq".
Seçkilərin ardınca Gürcüstanın əsas müxalifət bloku "Gürcü Arzusu" tərəfdarlarını Tbilisinin mərkəzindəki "Azadlıq" meydanına toplaşmağa çağırıb. Bundan sonra müxavlifət tərəfdarlarının meydana kütləvi axını başlayıb. Onlar qələbəni bayram edib, şənləniblər.
Dünən səhər isə Gürcüstan prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkatın majoritar dairələrin əksəriyyətində qalib gəldiyi tam dəqiqləşib. Bu barədə hərəkatın mətbuat xidmətinin rəhbəri Çiora Taktakişvili bəyan edib. O deyib ki, 53 majoritar dairədə qalib gəliblər və bu da Vahid Milli Hərəkatın parlamentdə mütləq üstünlük qazanacağına dəlalət edir.
Amma. bülletenlərin 10 faizinin sayılmsından sonra o da dəqiqləşib ki, müxalif "Gürcü arzusu" siyasi bloku proporsional sistem üzrə Vahid Milli Hərəkatı ilə 19 faiz qabaqlayaraq, 57,2 faiz səslə öndə gedir. Saakaşvilinin partiyası 38 faiz səslə ikincidir.
Gürcüstanda keçirilən parlament seçkilərində ilk dəfə müxalifət düşərgəsini təmsil edən azərbaycanlı da deputat seçilib. Əli Məmmədov adlı soydaşımız seçki marafonundan böyük səs çoxluğu ilə qalib çıxıb. Bu barədə Gürcüstan parlamentinin üzvü Azər Süleymanov məlumat verib.
Deputatın sözlərinə görə, Gürcüstanda keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, 2 azərbaycanlı namizəd parlamentdə təmsil olunmaq hüququ qazanıb: biri özüdür, biri də Əli Məmmədov: Seçkilər çox normal, demokratik keçirildi. Sözün açığı biz seçkilərin belə keçəcəyini gözləmirdik. İlkin nəticələr artıq bəllidir. Mən namizədliyini irəli sürdüyüm bölgə üzrə 47 min səsdən 35 minini toplamışam. Bu artıq mənim qələbəm deməkdir. Bu il Gürcüstanda ilk dəfə idi ki, daha bir azərbaycanlı seçkilərə müxalifətdən qatılmışdı. Əli Məmmədov adlı həmin azərbaycanlı da Marneuli rayonu üzrə qalib gəldi. O, müxalifətin proporsional siyahısında 32-ci yerdədir. Hələlik biz ikimiz parlamentdə təmsil olunmaq hüququ qazanmışıq. Amma rəsmi nəticələr ən tezi 15 gün ərzində bəlli olacaq".
Dünən GUAM (Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova) müşahidə qrupu Gürcüstanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanat yayıb. Müşahidə qrupu müvafiq rəyə 74 seçki məntəqəsində apardığı müşahidələr nəticəsində gəlib.
Bəyanatda bildirilir ki, Gürcüstanda parlament seçkiləri beynəlxalq öhdəliklərə, o cümlədən ölkənin ATƏT və Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərə, milli qanunvericiliyə, Mərkəzi Seçki Komissiyasının işləyib hazırladığı qayda və prosedurlara, demokratik seçki standartlarına uyğun keçirilib: "GUAM müşahidəçiləri müşahidə apardıqları seçki məntəqələrində ciddi pozuntulara rast gəlməyiblər, seçkilər azad və ədalətli keçirilib".
Gürcüstan prezidenti Mixail Saakaşvili qurucusu olduğu Vahid Milli Hərəkat Partiyasının müxalifətə keçdiyini bəyan edib. Saakaşvili bildirib ki, dövlət başçısı olaraq yeni parlamentin fəaliyyətə başlayaraq sədr seçməsini və yeni hökuməti formalaşdırmasını təmin etməyə çalışacaq.O, Vahid Milli Hərəkatın lideri olaraq bəyan edib ki, onun partiyası müxalifətə keçir: "Biz müxalif güc olaraq ölkənin gələcəyi haqda düşünəcəyik və son illər ölkə naminə nə yaradılıbsa, onu qorumaq üçün mübarizə aparacağıq".
Saakaşvili bildirib ki, "Gürcü Arzusu" koalisiyasının baxışlarını qəbul etmir və aralarında dərin fərqlər var: "Biz hesab edirik ki, onların baxışları doğru deyil. Lakin qərarı gürcü xalqının əksəriyyəti qəbul edib və biz bu seçimə hörmətlə yanaşırıq".
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13