Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin olunub.

Bu barədə Unikal.org-a ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib:

O bildirib ki Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib.

AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib.