Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov vəzifəsindən azad edilib. 

Unikal.org xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 13-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Famil Naqim oğlu Seyidov Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsindən azad edilib.