“Lotu Quli” kimi tanınan Nadir Səlifovun vəkili Təranə Əliyeva Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, bu barədə vəkil bildirib ki, dünən səhər saat 10 radələrində Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib:
“Dəvət əsasında idarəyə gedəndə bildirdilər ki, barəmdə şikayət ərizəsi daxil olub. Sonra məlum oldu ki, şikayət verən şəxs Qəribə Məmmədovadır. O bir müddət əvvəl Tiflisdə öldürülən Elşən Məmmədovun (Elşən Əmircanski) anasıdır. Şikayət Daxili İşlər Nazirinin birinci müavini Vilayət Eyvazovun adına yazılıb və orada bildirdilər ki, bu iş nazir müavinin nəzarətinə götürülüb”.
Təranə Əliyeva qeyd edib ki, Q.Məmmədova onu mərhum oğlunun ailəsini dağıtmaqda günahlandırıb:
“Qəribə Məmnədova bildirib ki, mərhum oğlu Elşən Məmmədovun ailəsini mən dağıtmışam və həyat yoldaşı ilə 4 azyaşlı uşağını qaçırmışam. Həmçinin şikayətçi deyib ki, guya mən kriminal dəstənin üzvüyəm ".
Vəkil əlavə edib ki, Qəribə Məmmədova şikayətində məsələyə aidiyyatı olmayan məsələri də qeyd edib:
“Mənim Daxili İşlər Nazirliyinin sabiq müavini Telman Əliyevin qızı olmağımdan tutmuş, “Range Rover” avtomobilimin olmasına qədər hər şeyi yazıb. Başa düşmürəm ki, mənim kimin qızı olmağımın bura və yaxud Qəribəyə nə dəxli var? Atam 11 il nazir müavini olub. Mənim babam SSRİ dövründə tanınmış şəxs olub. Mənim “Range Rover”i hardan almağımın Qəribə Məmmədovaya heç bir dəxli yoxdur. Univeristeti qutardığım ilk gündən bəri işləyirəm. 25 ildir vəkil stajım var. Onu da qeyd edim ki, valideynlərim varisiyəm və böyük mirasım var".
Təranə Əliyeva Qəribə Məmmədova ilə tanışlıqlarından da danışıb:
“2005-ci ildən Nadir Səlifovun vəkiliyəm. Vəkili olduqdan sonra onun dostu Elşən adlı şəxslə tanış olmuşam. Elşən öz ailəsi ilə məni tanış edib və hərdən mənə zəng edib Nadir Səlifovdan xəbər alıb. Elşənin uşaqlarının ad günü olanda xahiş edib mənə pul verirdilər ki, onun uşaqlarını gedim təbrik edim. Mən də həmişə anası Qəribə ilə görüşüb, pulu ona verirdim. Axırıncı dəfə Elşən Məmmədov ölən günü Nadir Səlifov 5 min dollar pul verdi ki, onun həyat yoldaşına çatdırım. Evlərinə gedəndə yoldaşı Ülkər və 4 azyaşlı uşaqdan başqa heç kim yox idi. Çünki həmin vaxt Qəribə xanım, Nadir Səlifovun anası ilə birgə Həcc ziyarətində idilər. Daha sonra isə həmin ailə ilə münasibətim olmadı”.
“Lotu Quli”nin vəkili deyib ki, bir müddət sonra Elşən Məmmədovun yoldaşının evlərindən qaçdığını eşidib:
“Məsələ ilə bağlı maraqlandım. Mənə dedilər ki, qızın qızıllarını, sənədlərini əlindən aldığı üçün evdən qaçıb. Hazırda da bu məsələ ilə Suraxanı rayon Məhkəməsində məhkəmə çəkişməsi gedir”.
Təranə Əliyeva son olaraq vurğulayıb ki, barəsində verilən şikayət normal deyil:
"Bu gəlin 13, 15 yaşında deyil ki, onu qaçırım. Mən Elşənin ailəsinə qarışa bilmərəm. İzahatımda da qeyd etdim ki, gəlin ortadadır və ayın 31-də məhkəməsi var. Gedib ondan hər şeyi soruşa bilərsiniz".
Qeyd edək ki, ötən il Tiflisdə qətlə yetirilən kriminal avtoritet Elçin Məmmədovun (Əmircanski) həyat yoldaşı məhkəməyə müraciət edib. Əmircanski “Lotu Quli” kimi tanınan Nadir Səlifovun “sağ əli” hesab olunurdu. Mərhum kriminal avtoritetin həyat yoldaşı Ülkər Rzayeva iddia ərizəsində qeyd edib ki, əri dünyasını dəyişdikdən sonra qaynanası Qəribə Məmmədova ilə münasibətləri pisləşib. Onun sözlərinə görə, bu səbəbdən 4 azyaşlı övladı ilə birgə qaynanasıyla yaşadıqları Əmircan qəsəbəsindəki evlərindən çıxmalı olub. Lakin Qəribə Məmmədova ona məxsus ümumilikdə 77 500 manat dəyərində olan qızılları, sənədləri və digər əşyaları götürməyə qoymayıb.
İddiaçı ərizəsində həmçinin 4 azyaşlı uşaqla birlikdə yaşamaq üçün mənzillərinin olmadığını və Bakı şəhərində kirayə qaldıqlarını da qeyd edib.
Ülkər Rzayeva keçmiş qaynanası Qəribə Məmmədovanı məhkəməyə verərək, özünün və 4 azyaşlı övladının Əmircan qəsəbəsində yerləşən mənzildə istifadə hüquqlarının tanınması, ona məxsus 77 500 manatlıq qızıl-zinət əşyalarının, özünə və övladlarına sənədlərinin, həmçinin geyim əşyalarının qaytarılmasını tələb edir.
İddia ərizəsi Suraxanı rayon Məhkəməsinə təqdim olunaraq baxışa götürülüb. Hakim Səlimə Miriyevanın icraatında olan iş hazırda məhkəmə baxışındadır.
Onu da qeyd edək ki, Elçin Əmircanski 2016-cı ildə Tiflisdə restorandan çıxarkən avtomobildə güllələnib.
"Lotu Quli"nin vəkili "qorotdel"ə ÇAĞIRILDI – SƏBƏBİ İSƏ...
!["Lotu Quli"nin vəkili "qorotdel"ə ÇAĞIRILDI – SƏBƏBİ İSƏ... "Lotu Quli"nin vəkili "qorotdel"ə ÇAĞIRILDI – SƏBƏBİ İSƏ...](/photos/unikal/1557826026.55e8efdf8308aa2a3fb19e00e6410cf7.jpg)
13:25 14-05-2019
KRİMİNAL
!["Lotu Quli"nin vəkili "qorotdel"ə ÇAĞIRILDI – SƏBƏBİ İSƏ... "Lotu Quli"nin vəkili "qorotdel"ə ÇAĞIRILDI – SƏBƏBİ İSƏ...](/photos/unikal/1557826026_f0b100c8b18a8f2300cc9ff784bbf492.jpg)
!["Lotu Quli"nin vəkili "qorotdel"ə ÇAĞIRILDI – SƏBƏBİ İSƏ... "Lotu Quli"nin vəkili "qorotdel"ə ÇAĞIRILDI – SƏBƏBİ İSƏ...](/photos/unikal/1557826026_f09348b27f065541a9ca20050e6031af.jpg)
Digər Xəbərlər
2024-07-24 20:06:52
![Azərbaycanda hərbi hissə komandiri həbs olundu- YENİLƏNİB Azərbaycanda hərbi hissə komandiri həbs olundu- YENİLƏNİB](/photos/unikal/1721828671.PCJHaqNtYST49Yh27vgqIl6KhxrAyCNaZHyF5Gn0_1200.webp)
2024-07-24 18:56:34
![Məşhur "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin məhkəmə prosesiBAŞLADI Məşhur "Şlyapa Zahid" ləqəbli Zahid Niftəliyevin məhkəmə prosesiBAŞLADI](/photos/unikal/1721833078.slyapa.jpeg)
2024-07-24 18:18:41
![Keçmiş diplomata 4 aylıqhəbs cəzası verildi Keçmiş diplomata 4 aylıqhəbs cəzası verildi](/photos/unikal/1721830783.1721675669.5258496394170326446.jpg)
2024-07-24 15:01:38
![“Kürd Amo”nu öldürən şəxshəbs edildi “Kürd Amo”nu öldürən şəxshəbs edildi](/photos/unikal/1721819021.aa (1).jpg)
2024-07-24 14:53:34
![Bakıda evdən 3 min manatoğurladılar Bakıda evdən 3 min manatoğurladılar](/photos/unikal/1721818454_287c2545-d5be-4bc3-b034-a3599f220fea.jpg)
2024-07-24 14:16:00
![7830 kq çətənə bitkisi məhv edildi 7830 kq çətənə bitkisi məhv edildi](/photos/unikal/1721816175_173c6f83-a0af-47ad-946c-09e2e34039bf.jpg)
2024-07-24 12:13:34
![Keçmiş deputatlığa namizədhəbs edildi Keçmiş deputatlığa namizədhəbs edildi](/photos/unikal/1721808924.vuqar.jpg)
2024-07-24 11:08:35
![Bakıda narkotiklərin satışını təşkil edənlərsaxlanıldı Bakıda narkotiklərin satışını təşkil edənlərsaxlanıldı](/photos/unikal/1721804967_6809beab-febc-4d90-96e4-9be184eb7210.jpg)
2024-07-24 10:54:44
![İrandan Azərbaycana külli miqdarda narkotik keçirilmək istədi İrandan Azərbaycana külli miqdarda narkotik keçirilmək istədi](/photos/unikal/1721804136.13f4b3f6-6920-3531-98f8-5b1424396498_850.jpg)
2024-07-24 10:24:45
![Bibisinin evini qarət etmək istədi -Polis tutdu Bibisinin evini qarət etmək istədi -Polis tutdu](/photos/unikal/599d40e3dd38d_tutuldu-640x369_1489220970.jpg)
2024-07-24 09:24:57
![Qəbələdə çətənə yetişdirən şəxs saxlanıldı- FOTO Qəbələdə çətənə yetişdirən şəxs saxlanıldı- FOTO](/photos/unikal/1721798759_17217976496552613851_1200x630.jpg)
2024-07-23 21:48:28
![Abşeronda qardaş qardaşı bıçaqlayıb, özünü binadan atdı- YENİLƏNİB Abşeronda qardaş qardaşı bıçaqlayıb, özünü binadan atdı- YENİLƏNİB](/photos/unikal/1721754860.resize.jpg)
2024-07-23 19:16:53
![Ağadadaş Ağayevə cinayət işiaçıldı Ağadadaş Ağayevə cinayət işiaçıldı](/photos/unikal/1721748141.1721717197_photo_5258500444324486878_y_16x9-1721717815.jpg)
2024-07-23 18:42:50
!["Qızı təpiklədi ki, sən hələ ölməmisən?"- Xırdalandakı qətlin detalları (VİDEO) "Qızı təpiklədi ki, sən hələ ölməmisən?"- Xırdalandakı qətlin detalları (VİDEO)](/photos/unikal/1721745959.WhatsApp Image 2024-07-23 at 18.44.38.jpeg)
2024-07-23 17:15:17
![Çinlilər Abşeronda 130 min dollarlıq oğurluq edib,ölkədən qaçmaq istədilər Çinlilər Abşeronda 130 min dollarlıq oğurluq edib,ölkədən qaçmaq istədilər](/photos/unikal/1721740883_ecnebi.jpg)
2024-07-23 16:10:41
![Müxtəlif qurumların serverlərinə kiberhücumlar edən şəxs tutuldu- VİDEO Müxtəlif qurumların serverlərinə kiberhücumlar edən şəxs tutuldu- VİDEO](/photos/unikal/1721738749.IMG-20240723-WA0216(1).jpg)
2024-07-23 14:43:32
![Əhmədin məhkəməsitəxirə salındı Əhmədin məhkəməsitəxirə salındı](/photos/unikal/1721731449.ll.jpg)
2024-07-23 14:04:06
![İmişli sakinlərindən 3 tüfəng götürüldü İmişli sakinlərindən 3 tüfəng götürüldü](/photos/unikal/1721729120.4d61c1c3-9511-441a-9b96-4ae84e437b60.jpg)
2024-07-23 12:48:32
![Abşeronda kişi arvadını pəncərədən atdı- Qadın öldü (YENİLƏNİB) Abşeronda kişi arvadını pəncərədən atdı- Qadın öldü (YENİLƏNİB)](/photos/unikal/1721723769.XcGJSv1l0OdVcNjrkOhU58RTSQk1ym0kxB7nc6Qe_1200.webp)