ABŞ-da yaşayan Səudiyyəli müğənni Rotana Tarabzouni konsert verdiyi salonda Fatihə surəsi oxuyub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müğənni oxuyaraq oryental rəqs edərkən birdən dayanıb. O, bundan sonra Fatihə surəsini səsləndirməyə başlayıb.
Müğəninin bu addımı konsertdə iştirak edən, o cümlədən izləyicilərinin marağına və təəccübünə səbəb olub.
Görüntülər sosial şəbəkələrdə yayımlandıqdan sonra, müğənni ona ünvanlanan suallardan təsirlənərək Instagram hesabını bağlayıb.