Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə nəqliyyat vasitəsinin mühərrik yerləşən hissəsindən sellofana bükülü, üzərində "Coveram 10 mg" yazısı olan 11 ədəd, üzərində "Coversyl Plus 5 mg/1.25 mg" yazısı olan 9 ədəd, üzərində "Coversyl 5 mg" yazısı olan 6 ədəd, üzərində "Benzamycin" yazısı olan 15 ədəd, üzərində "Atarax 200 mg" yazısı olan 2 ədəd, üzərində "Prozac 20 mg/5 mg" yazısı olan 3 ədəd, üzərində "Mestinon Dragees" yazısı olan 2 ədəd, üzərində "Üropan 5 mg/5 ml" yazısı olan 1 ədəd, üzərində "Magnezi Kalsine 100 g" yazısı olan 1 ədəd, üzərində "Ferro Sanol B 150 ml" yazısı olan 1 ədəd dərman preparatları və mühərrik yerləşən hissəsindəki hava filtrinin içərisindən isə 4 ədəd "Samsung Galaxy A20", 1 ədəd "Samsung Galaxy A50", 3 ədəd "Mİ A2 Lite", 2 ədəd "Mİ9 SE" markalı mobil telefonlar aşkar edilib.