Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.
Unikal.org xəbər verir ki, qəbula gələnlərin əksəriyyəti məcburi köçkünlər olub. Onların hər birinin müraciəti diqqətlə dinlənilib və qeydə alınaraq rəsmiləşdirilib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, qeydiyyat, məşğulluq və digər məsələlərlə bağlı olub. Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərində qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verib.
Bununla yanaşı, məcburi köçkünlərin diqqətin bir daha çatdırılıb ki, Prezident İlham Əliyev onların problemlərinin həlli, xüsusən yaşayış şəraitlərinin yaxşılaşdırılması və bu məqsədlə salınan qəsəbələrin sayının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva vaxtaşırı məcburi köçkünlərlə görüşür, onların problemlərinin qısa müddətdə öz həllini tapmasına çalışır.
Dövlət Komitəsində qəbulda olan vətəndaşların qaldırdıqları məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə öz həllini tapacaq.