“Ankara Universiteti” tibb fakültəsində təhsil almış, İstanbul “Siyami Ersek” ürək-damar xəstəxanasının uzman kardiocərrahı, Amerikanın “Klivlend” və İsveçrənin “Zürih” universitetində çalışmış Dos. Dr. Veysel Şahin artıq “Ege Hospital”da fəaliyyət göstərir!
Unikal.org xəbər verir ki, kardiocərrah Veysel Şahin minimal-invaziv ürək cərrahiyyəsi, aorto-koronar şuntlama, ürək-qapaq xəstəliklərinin bərpası və dəyişdiriliməsi, karotis əməliyyatı, aorta cərrahiyyəsi, periferik damar xəstəliklərinin müalicəsi, flebektomiya və digər ürək-damar xəstəliklərinin profilaktika, müalicə və cərrahiyyəsini “Ege Hospital”da həyata keçirir. Kardiocərrah ölkə hüdudlarından kənarda da bir çox uğurlu əməliyyatları ilə tanınıb.
Qeyd edək ki, “Ege Hospital”da yerli və xarici mütəxəssislər tərəfindən müxtəlif növ əməliyyatlar ən son tibbi texniki avadanlıqlarla yüksək peşəkarlıqla həyata keçirilir. Dos. Dr. Veysel Şahinin də komandaya daxil olması ilə “Ege Hospital” kardiologiya sahəsində daha böyük nailiyyətlərə imza atacaqdır.
Həkim qəbuluna yazılmaq üçün Akademik Həsən Əliyev küçəsi 38 ünvanında yerləşən “Ege Hospital”a müraciət edə və ya 1117, +994502991117 nömrələrilə əlaqə saxlaya bilərsiniz!