2018-ci ildə 54 nəfər uşaq dövlət uşaq müəssisələrindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.
Unikal.org-un xəbərinə görə, bu barədə “2018-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair hesabata Hesablama Palatasının Rəyi”ndə bildirilib.
Qeyd olunub ki, 2018-ci ildə dövlət uşaq müəssisələrinə 135 nəfər uşaq yerləşdirilib, 5 nəfər uşaq ailə tipli kiçik qrup evində alternativ xidmətə, 217 nəfər uşaq isə reabilitasiya xidmətlərinə yönləndirilib.
12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib.