Bu gün gənclər və idman naziri Azad Rəhimov Masallı rayonunda Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib. Ümumilikdə, qəbulda 10 nəfər vətəndaş iştirak edib.
Unikal.org xəbər verir ki, müraciətlər Olimpiya İdman Komplekslərinin, Gənclər evlərinin, eyni zamanda, digər idman qurğularının tikintisi və təmiri, onların idman avadanlıqları ilə təmin olunması, yeni UGİM, QHT-lərin yaradılması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi ilə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə həll edilib , nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti istiqamətlər üzrə göndəriləcəyi bildirilib. Bir qismi isə baxılması üçün icraya yönəldilib.