30 il əvvəl xanəndə idi, indi isə bağbandır. O dövrün məşhur"Qarabağ Bülbülləri"- ansamblındaoxuyan Namaz Hacıyev əsgər getdiyi üçün ifaçılıq sənətini yarımçıq qoymalı olub. Həmin ansamblda oxuyan digər sənət dostlarıisə bu gün tanınmış xanəndələrdir. Bu maraqlı həyat hekayəsi ilə siz də tanış olun.
Unikal.org xəbər verir ki, o bir zamanlar Azərbaycanın ən məşhur ansamblı olan Qarabağ Bülbüllərinin xanəndəsi olub.47 yaşlı Namaz Hacıyev gənclik illərində dövrünün ən sevilən xanəndələri ilə birlikdə səfərlərdə olub, onlarla konsertdə çıxış edib.
O, məşhur bəstəkar və ansambl rəhbəri olan Murad Rzayevin dəvəti ilə müsabiqədə iştirak edib və münsiflərin rəğbətini qazanaraq Qarabağ bülbüllər qrupunun xanəndəsi olub.
Namaz Hacıyev 1981 -1986 illərdə ansamblın tərkibində Qarabağda və Bakıda o cümlədən digər bölgələrdə təşkil olunan konsertlərdə çıxış edib.Daha sonra isə əsgərliyə gedən Namaz Hacıyev qayıtdıqdan sonra musiqidən uzaqlaşıb. Hazırda isə o bağban işləyir.
Onun övladlarının da musiqiyə marağı böyükdür.
Namaz Hacıyev deyir ki, artıq bağbançılıqla vidalaşıb yenidən musiqi sahəsinə qayıtmaq istəyir.