Abşeron Rayon İcra hakimiyyəti rayon ərazisində söküntü işlərinin aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bu barədə Unikal.org-a açıqlama verən Abşeron RİH-nin mətbuat katibi Seymur Qasımbəyli bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdimir:
"Son günlər bəzi KİV-də Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Fatmayi kəndində guya evlərin sökülməsi ilə bağlı informasiya yayılıb. Bildiririk ki, rayon icra hakimiyyəti tərəfindən ümumiyyətlə hər hansı söküntü işləri aparılmır. Bu məlumatın yalan olduğu aşkar görünür. Əgər hər hansı söküntü işləri aparılsaydı görüntüləri yayılardı".