Aparıcı Murad Əzimzadə evlərində su borusunun partlamasından sonra anasının verdiyi reaksiyanı sosial mediada yazıb.
Unikal.org xəbər verir ki, aparıcı fikirlərini belə ifadə edib:
“Evdə su borusu partlayıb, evi su basır, o vurhavurda anam üzərlik axtarırdı ki, yandırsın. Deyir ki, göz dəyib, yoxsa belə şey olmazdı. Ah analar, analar”.
Qeyd edək ki, Əzimzadə ötən il ikinci dəfə ailə qurub. O, həyat yoldaşı ilə Bakıda, anası isə Gəncədə yaşayır.