Gədəbəy, Göygöl rayonlarına və Gəncə şəhərinə elektrik enerjisinin verilişi tam bərpa olunub.
Bunu Unikal.org-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
T.Mustafayevin sözlərinə görə, qurumun əməkdaşları və texnikası əraziyə cəlb edilib:
"Güclü külək və leysan səbəbindən həmin rayonların bəzi ərazilərində elektrik enerjisi verilişində fasilə yaranmışdı. Əməkdaşlarımız və texnikamız dərhal hadisə yerinə çatsa da, hava şəraiti onların fəaliyyət göstərməsinə çətinlik yaradırdı. Buna baxmayaraq, qısa zamanda qəzaların nəticələri aradan qaldırıldı. Hazırda bütün abunəçilərimiz fasiləsiz elektrik enerjisi ilə təmin olunur".