Bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçını izləmək üçün ölkəyə turistlər gəlməkdə davam edir.
Unikal.org xəbər verir ki, müvafiq qurumların əməkdaşları Azərbaycana gələn turistləri xüsusi formada qarşılayırlar. Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda hava limanında UEFA Avropa Liqasında final oyununda "Çelsi" və "Arsenal" qarşılaşmasını izləmək üçün paytaxtımıza gələn azarkeşlər qarşılanaraq ekspress xətt avtobusları ilə daşınır.