Sonuncu dəfə həyat yoldaşından boşanması xəbəri ilə gündəmə gələn müğənni Kəmalə Qaramollayevanın dəyişimi diqqətdən yayınmayıb.

Unikal.org xəbər verir ki, o, imicində kəskin dəyişiklik edərək, qara saçlarını sarı ilə əvəzləyib və onları qısa kəsdirib.

İfaçı eyni zamanda fotoqraf Ramin Aslanovun obyektivi qarşısına keçərək, pozlar verib.

Qeyd edək ki, Qaramollayeva Teymur adlı Türkiyə vətəndaşı ilə ailə qurmuşdu. Onun bu evlilikdən bir oğlu dünyaya gəlib. Ayrılıq prosesi təxminən bir ilə yaxın müddətdir baş verib. Müğənninin boşanmasının tam səbəbi bəlli deyil.