Ladislav Ponyatovski: “Azərbaycan və Fransa arasında energetika sahəsində əməkdaşlığın gözəl perspektivləri var”
13:15 05-10-2012
CƏMİYYƏT
Ladislav Ponyatovski: “Azərbaycan və Fransa arasında
energetika sahəsində əməkdaşlığın gözəl perspektivləri var”
Azərbaycanda səfərdə olan Fransa Senatının nümayəndə heyətinin sədri, Senatın energetika məsələləri üzrə araşdırma qrupunun sədri Ladislav Ponyatovski bildirib ki, “Azərbaycan və Fransa arasında energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün gözəl perspektivlər var. Hazırda Fransa özünü mavi yanacaqla tam təmin edir, lakin zaman keçdikcə tələbat artacaq və düşünürəm ki, Azərbaycandan qaz nəqli problemin ən yaxşı həll yolu ola bilər”.
O qeyd edib ki, araşdırma qrupu energetika sahəsində əməkdaşlıq, neft, qaz, nüvə enerjisi və alternativ enerji mənbələri kimi məsələlərlə məşğul olur. Nümayəndə heyəti Avropa Azərbaycan Cəmiyyətinin təşkil etdiyi səfər çərçivəsində Azərbaycan prezidenti, nazirlik və dövlət qurumlarının rəhbərləri, ARDNŞ, Fransanın “Total” və Britaniyanın “BP” şirkətlərinin nümayəndələri ilə görüşlər keçirib, energetika sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Ladislav Ponyatovski bildirib ki, hazırda Fransanın mavi yanacağa ehtiyacı yoxdur, ölkə Rusiya, Norveç və Əlcəzairdən kifayət qədər qaz idxal edir: “Hələlik bizim əlavə mavi yanacağa ehtiyacımız yoxdur, lakin yaxın 15-17 il ərzində Norveçdən qaz nəqli azalmağa başlayacaq, buna görə gələcəkdə başqa ölkələrdən qaz nqlinə ehtiyac yaranacaq. Düşünürəm ki, Azərbaycandan qaz nəqli problemin ən yaxşı həll yolu ola bilər. O zaman Azərbaycanın Avropaya, Fransaya qaz nəqli həyata keçirmək üçün boru kəməri layihəsinə ehtiyacı olacaq. Düşünürəm ki, “Nabucco” belə bir layihə ola bilər. Azərbaycandan qaz nəqlinin alternativ variantlarından biri su yolu ilə sıxılmış qaz nəqli həyata keçirməkdir. Sıxılmış qazı gəmilərlə nəql etmək olar. Bəlkə həm gəmilərlə, həm də boru kəməri ilə qaz nəqlinə ehtiyac duyuldu. Təhlükəsizlik baxımından bütün yumurtaları bir səbətə yığmamaq lazımdır, diversifikasiyaya ehtiyac var”.
Nümayəndə heyətinin rəhbəri Fransanın müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına kömək edə biləcəyini deyib: “Gələcəkdə dünya ölkələri, bir deyil, bir neçə enerji növündən istifadə edəcəklər, hər ölkə hansı enerji növünə üstünlük verəcəyini özü müəyyənləşdirəcək”.
Neft Araşdırmaları Fondunun rəhbəri İlham Şabanın sözlərinə görə, “hazırda Azərbaycan neftinin və qazının Avropaya nəql edilməsi bir sıra beynəlxalq dairələrdə kommersiya layihəsindən daha çox siyasi-geopolitik oyunun tərkib hissəi kimi qələmə verilməyə çalışılır. Amma belə deyil, Azəbaycan artıq həmin mərhələni keçib və indi daha çox beynəlxlaq kommersiya tərəfdaşı kimi çıxış etməyə cəhd edir. İndiki mərhələdə Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsində ən optimal variant Türkiyə ilə bağlı layihələrdir”.
Ekspert hesab edir ki, “Siyasi rəhbərliklərin göstərişi ilə bu istiqamətdə aparılan danışıqlar artıq konkret bəhrəsini verib və məli işlər görülmə etapı başlanmalıdır. Amma, danışıqların başa çatması və kommersiya sazişləri üçün bu, yetərli deyil. Çünki müzakirələr təsərrüfat subyektlərinin səlahiyyətinə daxil olan məsələləri əhatə edir. Hazırda maraqlı bir prosesi də müşahidə edirik. Cəmi iki il öncə, 2009-cu ildə Ukrayna Rusiya ilə belə saziş imzalayıb. İndi, həmin sazişə görə Ukraynanın baş nazirini həbs ediblər. Məhz, bu səbəblərdən də Türkiyə ən kiçik detallara qədər məsələləri diqqətlə öyrənir. Hər bir tərəfin marağı, milli maraqlarından doğur. Bir millət, iki dövlət olsaq da, hər bir dövlətin öz milli maraqları var. Azərbaycanın maraqlarını dövlət başçısı dəfələrlə yüksək kürsüdən elan edib. Bu, ilk növbədə Azərbaycanın və Şahdəniz iştirakçılarının kommersiya maraqlarıdır. Onlar qazın çıxarılması və nəqli üçün 20-22 milyard dollar vəsait sərf edəcək. Nəzərə alsaq ki, Şahdəniz-2 layihəsində hasilat da düz 20 il müddətinə biləcək. Bu isə, hər il azı 1 milyard dollar kapital qoyuluşu deməkdir. Vəsaitin geri qaytarılması üçün böyük risk tələb olunur. Bunun üçün qarant lazımdır. Qarantı isə dövlətlə biznesin vəhdəti təmin etməlidir. Bu vəhdət 2036-cı ilədək qazın çıxarılıb, dünya bazarında satılıb, gəlirin bölüşdürülməsini təmin etməlidir.
Qazın gəlirlərini neft gəlirləri kimi təsəvvür etmək olmaz. Məsələn, 2010-cu ilin nəticələrinə görə Azərbaycan Azəri-Çıraq-Günəşli yatağından 16 milyard dollar mənfəət nefti götürüb. Bu yalnız Neft Fonduna daxil olan mənfəətdir. Burada, ARDNŞ-nin gəlirlərindən söhbət getmir. Yəni, Şahdəniz qazının mənfəəti bundan qat-qat az olacaq. Ən yaxşı halda ildə 4 milyard dollar səviyyəsinə çatacaq.
Birincisi, Türkiyə ilk dəfə olaraq qaz tranziti ölkəsinə çevrilir. Türkiyə həmçinin, siyasi mahiyyəti qat-qat iqtisadi mahiyyətindən böyük olan layihəni reallaşdıracaq. Bu ölkənin ərazisindən ildə 10 milyard kub metr qaz keçəcək. Bunun müqabilində isə Avropa qiymətləri ilə hesablayanda qazancı ildə cəmi 250-300 milyon dollar olur. Bu Türkiyə kimi böyük dövlət üçün çox kiçik rəqəmdir. Ancaq, Türkiyənin siyasi dividentləri və təsir imkanları qat-qat artacaq”.
Savalan
Digər Xəbərlər
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44
2024-12-26 13:48:55
2024-12-26 13:41:15
2024-12-26 13:40:12