Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik  Əhliman  Əmiraslanov bu gün Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.

Unikal.org xəbərverir ki, qəbulda səhhətindəki müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən vətəndaşlarla yanaşı,  Əhliman Əmiraslanovun deputat seçildiyi 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilər də iştirak edib. Səhiyyə komitəsinə müraciət edən vətəndaşlar  müxtəlif xəstəliklərin müalicəsinə köməklik göstərilməsi üçün, seçicilər isə əsasən sosial problemlər,  işlə təmin olunma ilə bağlı müraciətlərini komitə sədrinə çatdırıblar.

Əhliman Əmiraslanov qəbula müraciət edən vətəndaşları ayrı-ayrılıqda dinləyərək, onları maraqlandıran sualları cavablandırmış və müraciət etdikləri hər bir məsələ ilə bağlı müvafiq köməklik göstəriləcəyini bildirib.