Bakı şəhərində 5 nəfəri gün vurub.
Bu barədə Unikal.org-a Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının böyük həkimi Nuridə Fərzəliyeva məlumat verib. Onun sözlərinə görə, iyun ayının 1-dən bu günə kimi 5 nəfər günvurma müraciəti ilə “103” xidmətinə müraciət edib. Onlardan 4-nün vəziyyəti nisbətən kafi olduğundan həmin şəxslər xəstəxanalara yerləşdirilib.