"Nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu baxımdan hökumət tərəfindən nağdsız mühitinin genişlənidirlməsi, nağd dövriyyəni həcminin minimuma endirilməsi, rəqəmsal ödənişlərin inkişafı üçün mühüm tədbirlər görməkdədir".
Unikal.org xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini II oxunuşda müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Vergilər Nazirliyi olaraq həmkar qurumlarla bu istiqamətdə birgə çalışırlar.
“Nağd pul kütləsinin ümumi pul kütləsində xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1%-dən 51,9%-ə qədər azalıb. Düşünürəm ki, bu rəqəm dinamikanın hansı istiqamətdə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda 2016-ci il ilə müqayisədə POS-terminalların sayı 16%-dək azalıb. 2016-ci ildə 80 301 ədəd idisə, iyunun 1-nə 67 032 POS-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 mln 721 min ədəd ödəniş kartı mövcuddur”, - M.Cabbarov əlavə edib.