Baba Tağıyevə şok zərbə
10:29 07-10-2012
İQTİSADİYYAT
Baba Tağıyevə şok zərbə
Keçmiş deputatın obyektini bağladılar: "Avropa Qapıları"nın satışına qadağa qoyuldu
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Komitəyə daxil olmuş şikayət məktubu əsasında "Tağıyev" şirkətində dövlət nəzarəti aparılıb.
Komitədən verilən məlumata görə, şikayət məktubunda "Tağıyev" şirkəti tərəfindən istehsal olunan və şikayətçinin mənzilində quraşdırılmış "Avropa qapıları" nişanlı qapıların keyfiyyətsiz olduğu iddia olunub.
Araşdırma zamanı müəyyən olunub ki, müəssisədə PVC, MDF və şpon qapılar normativ sənədləri olmadan istehsal olunur, müəssisədə taxtaların qurudulması üçün istifadə olunan qurutma kamerası işlək vəziyyətdə deyil, taxtaların nəmlik dərəcəsi ölçülmədən emala verilir. Bundan başqa, istismarda və yoxlanılan məhsulların istehsalında istifadə olunan 48 ədəd ölçmə vasitəsi dövlət yoxlamasından keçirilməyib. Aşkar olunmuş nöqsanlarla bağlı "Tağıyev" şirkətində "Avropa qapıları" nişanlı MDF, PVC və şpon qapıların, haşiyənin, həmçinin mətbəx mebel dəstinin istehsalı və satışı qadağan edilib, inzibati protokol tərtib edilərək cərimə edilib.
Qeyd edək ki, "Avropa Qapıları" keçmiş deputat Baba Tağıyevə məxsusdur.
Yeri gəlmişkən, bu ilin avqustunda hökumətə yaxın internet saytlarında "Avropa Qapıları alıcıları necə aldadır?" adlı araşdırma dərc edilmişdi. Bundan başqa, müəssiənin sahibi Baba Tağıyevin başqa neqativ əməlləri barədə də son vaxtlar mediada yazılar çoxalıb.
İndi Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən çıxarılan qərar təsadüfi deyil və bir neçə il əvvəldən hökumətin gözündən düşmüş, mandatını belə itirmiş Tağıyevə qarşı hücumlar təsadüfi deyilmiş. Görünür, sabiq millət vəkilinin qapı-pəncərə biznesini tamamilə onun nəzarətindən çıxarmağa qərar verilib. Elə proseslər də bu istiqamətdə gedir.Mövzuya qayıdacağıq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17