"Miss Britaniya" tituluna sahib olan Zara Hollandın tacı əlindən alınıb.
Buna sənən Zaranın qatıldığı realiti-şouda bir oğlanla cinsi münasibətə girməsi olub.
Şounun nümayişi zamanı efirdə Zaranın o qədər də açıq görüntüləri göstərilməyib. Aradan bir müddət keçdikdən sonra kadrlar telekanallara yayılıb. Videoda Zaranın və Aleks Bouen adlı gənc oğlanın yataqda lüt uzandığı görüntüləri var.
Holland titulunun əlindən alındığı üçün çox peşman olduğunu etiraf edib. (Axşam.az)