Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsindəRumıniya Respublikasının İaşi şəhərində fəaliyyət göstərən İoan Cusa Alexander universiteti tərəfindən “Beynəlxalq həftə” adlı tədbir keçirilib.
Unikal.org xəbər verir ki, adıkeçən beynəlxalq tədbirə ATMU-nun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Orxan Musa da qatılıb.
Beynəlxalq tədbirin gündəliyinəqarşıdakı illərdə gerçəkləşməsiplanlaşdırılan işlər, həmçininmövcud əməkdaşlığa dairnəticələrin müzakirəsi daxil idi.5 gün davam edən beynəlxalq tədbirdəiştirakçı universitetlərin Erasmus+ proqramı çərçivəsində fəaliyyətindənbəhs edən təqdimatlara baxış keçirilib.Eyni zamanda İoan Cusa Universitetinininkişaf istiqamətləri və strateji hədəfləri ilə bağlı geniş dinləmələr olub. Ali təhsil müəssisəsindən verilən məlumatda bildirilir ki, Azərbaycan Turizm və Menecment UniversitetiAvropa Birliyinin Erasmus+ proqramı çərçivəsində Rumıniyanınİoan Cusa Alexander Universiteti ilə müəllim və tələbə mübadiləsi sahəsində əməkdaşlığa böyük önəm verir. Son 3 il ərzində bir neçə tələbə və müəllim tərəfdaş universitetdə öz səviyyələrində təhsil və tədris prosesinin iştirakçısı olublar. 2019 /2020 – ci tədris ilində daha bir müvafiq ixtisas tələbəsi tərəfdaş universitetdə proqram üzrə təhsil almaq şansı qazanıb.